Menyu

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət yardım göndərib

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət yardım göndərib

Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "X"də paylaşım edib.

Diplomatın sözlərinə görə, humanitar yük transformatorlar və kabel avadanlıqlarından ibarətdir. Bu yardım ən çox ehtiyac duyulan bölgələrə dərhal paylanılacaq.

V.Kanevski əlavə edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı 7,6 milyon ABŞ dolları məbləğində vəsait çərçivəsində humanitar yardımın daha bir partiyasıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər