Menyu

Türkiyə minaaxtaran gəmilərin Qara dənizə buraxılması ilə bağlı xəbərləri təkzib edib

Türkiyə minaaxtaran gəmilərin Qara dənizə buraxılması ilə bağlı xəbərləri təkzib edib

Türkiyə hakimiyyəti Böyük Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmilərin Qara dəniz boğazlarından keçməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb. 

Mərkəz xarici mediada oxşar bəyanatların dərc olunmasına cavab olaraq bildirib: "Böyük Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmilərin Qara dəniz boğazlarından keçməsi ilə bağlı yayılan xəbərlər doğru deyil".

Mərkəz qeyd edib ki, Türkiyə boğazlarda naviqasiya qaydalarını tənzimləyən Montrö Konvensiyasına ciddi şəkildə əməl edir və müharibə başlayandan bəri bir dənə də olsun hərbi gəminin keçməsinə icazə verməyib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər