Menyu

Rusiyanın Yunanıstandakı səfirliyinə şübhəli fayl göndərilib

Redaksiya
Rusiyanın Yunanıstandakı səfirliyinə şübhəli fayl göndərilib

Rusiyanın Afinadakı səfirliyinə içərisində naməlum toz olan şübhəli zərf göndərilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Yunanıstanın "ERT" kanalı məlumat yayıb.

Əraziyə FHN və polis qüvvələri cəlb edilib.

Rusiya diplomatları hələlik məlumatı şərh etməyiblər.

Qeyd edək ki, Rusiyanın müxtəlif ölkələrdəki diplomatik nümayəndəlikləri 2023-cü ildə ən azı iki dəfə şübhəli zərflər alıb. Yanvarda Latviya, fevralda isə Rumıniya səlahiyyətliləri Rusiyanın səfirliyinə gələn şübhəli zərfi ələ keçirdiklərini bildiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər