Rusiyanın Yunanıstandakı səfirliyinə şübhəli fayl göndərilib
Redaksiya
Rusiyanın Afinadakı səfirliyinə içərisində naməlum toz olan şübhəli zərf göndərilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Yunanıstanın "ERT" kanalı məlumat yayıb.
Əraziyə FHN və polis qüvvələri cəlb edilib.
Rusiya diplomatları hələlik məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Rusiyanın müxtəlif ölkələrdəki diplomatik nümayəndəlikləri 2023-cü ildə ən azı iki dəfə şübhəli zərflər alıb. Yanvarda Latviya, fevralda isə Rumıniya səlahiyyətliləri Rusiyanın səfirliyinə gələn şübhəli zərfi ələ keçirdiklərini bildiriblər.