Menyu

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşdı: 10 nəfər yaralandı

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşdı: 10 nəfər yaralandı

Türkiyənin Diyarbəkirdə "Diclə Belediyespor"un futbolçularını daşıyan mikroavtobus aşıb.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər xəsarət alıb. 

Qəza günorta saatlarında Lice səmtinin Fis Ovası yerində baş verib. 1-ci Həvəskarlar Liqasında mübarizə aparan və "Lice Güç Spor"la oyun üçün yola çıxan "Diclə Belediyespor" futbolçularını daşıyan mikroavtobus yağış səbəbindən sürüşkən olan yolda idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə xilasetmə, sağlamlıq və jandarma qrupları sövq edilib. Qəza nəticəsində futbolçular da daxil olmaqla 10 nəfər xəsarət alıb. Yaralılar sağlamlıq qrupları tərəfindən Lice və şəhər mərkəzindəki xəstəxanalara göndərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər