Menyu

Paşinyan Fransanın müdafiə naziri ilə görüşüb

Nərmin Qocamanlı
Paşinyan Fransanın müdafiə naziri ilə görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə görüşüb.

"Operativ Media" xəbər verir kl, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq istiqamətində görülən işlər və qarşıda duran planlar müzakirə edilib.

"Tərəflər Ermənistan silahlı qüvvələrinin islahatları, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər istiqamətlər çərçivəsində Ermənistan-Fransa əməkdaşlığını vurğuladılar. Həmçinin regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər