Qəzzada atəşkəs üçün müzakirələrin tarixi açıqlanıb
Nərmin Qocamanlı
Qəzzada atəşkəsə nail olmaq üçün İsrail və Fələstinin radikal Həmas hərəkatı arasında dolayı danışıqlar martın 31-də Qahirədə yenidən başlayacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə “Əl-Kahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
İsrail və HƏMAS arasında vasitəçilik edən Misir və Qətərin danışıqlar prosesində irəliləyiş əldə etmək üçün səy göstərdiyi iddia edilir.
Bununla belə, Misir rəsmiləri məsləhətləşmələrin bərpası ilə bağlı yayılan xəbərləri hələlik rəsmi şəkildə şərh etməyiblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net