Ana səhifə / Dünya / Qəzzada atəşkəs üçün müzakirələrin tarixi açıqlanıb Qəzzada atəşkəs üçün müzakirələrin tarixi açıqlanıb 30.03.2024, 21:59 Nərmin Qocamanlı Qəzzada atəşkəsə nail olmaq üçün İsrail və Fələstinin radikal Həmas hərəkatı arasında dolayı danışıqlar martın 31-də Qahirədə yenidən başlayacaq. "Operativ Media" xəbər verir ki, bu barədə “Əl-Kahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb. İsrail və HƏMAS arasında vasitəçilik edən Misir və Qətərin danışıqlar prosesində irəliləyiş əldə etmək üçün səy göstərdiyi iddia edilir. Bununla belə, Misir rəsmiləri məsləhətləşmələrin bərpası ilə bağlı yayılan xəbərləri hələlik rəsmi şəkildə şərh etməyiblər. Teqlər: "Q\u0259zzada at\u0259\u015fk\u0259s \u00fc\u00e7\u00fcn m\u00fczakir\u0259l\u0259rin tarixi a\u00e7\u0131qlan\u0131b"