Almaniya HƏMAS-ı silahlarını yerə qoymağa və girovları azad etməyə çağırıb
Almaniyanın xarici işlər naziri Annalena Berbok HƏMAS hərəkatını girovları azad etməyə və silahlarını yerə qoymağa çağırıb.
"Operativ Media" xəbər verir ki, Berbok bu barədə "X"də yazıb.
"Terrorçular hələ də qeyri-insani şəraitdə 100-dən çox girov saxlayırlar. Altı ay qaçırılan qadınlar, kişilər və uşaqlar üçün qorxu və ümidsizliklə doludur. Biz onları İsraildəki yaxınlarına qaytarmaq üçün səylərimizdən əl çəkməyəcəyik", - siyasətçi qeyd edib.
"HƏMAS öz terroru ilə israillilərə və fələstinlilərə müharibə və sonsuz əzab gətirdi. HƏMAS bu iztirablara son qoymalı, girovları dərhal azad etməli və silahlarını yerə qoymalıdır", - Almaniya XİN rəhbəri yekunlaşdırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net