Menyu

Moldovada dörd avropayönlü partiya siyasi blok yaradıb

Moldovada dörd avropayönlü partiya siyasi blok yaradıb

Moldovada dörd avropayönlü partiya hakim Fəaliyyət və Həmrəylik Partiyasına (PAS) müxalifətdə olacaq "Mpreun" ("Birlikdə") siyasi bloku yaradıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Kişinyovda yeni siyasi qüvvənin təqdimat mərasimində Ləyaqət və Həqiqət Platforması, Birlik və Rifah Koalisiyası, Şəhərlər və İcmalar Liqası və Dəyişiklik Partiyasının liderləri məlumat veriblər.

Parlamentin keçmiş vitse-spikeri Alexander Slusari bildirib ki, yeni siyasi formasiya PAS-a əsl avropapərəst alternativ olacaq və hökumətin öhdəliklərini üzərinə götürməyə və iqtidar gücünü hazırkı hakimiyyətdən daha səriştəli şəkildə idarə etməyə hazırdır.

"Birgə siyasi blok Moldovanın Avropa kursunu təmin etmək, üzləşdiyimiz siyasi riskləri neytrallaşdırmaq və cəmiyyəti birləşdirmək üçün yaradılıb", - Dəyişiklik Partiyasının lideri Stefan Qliqor bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər