Menyu

İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər xəsarət alıb

Nərmin Qocamanlı
İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər xəsarət alıb

İsrail ordusunun Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, İsrail ordusuna aid döyüş təyyarələri Sur şəhərinin Siddikin qəsəbəsində bir evə hava hücumu həyata keçirib. Hədəf alınan ev tamamilə dağılıb, 9 nəfər xəsarət alıb, ətrafdakı bir çox evə ciddi ziyan dəyib.

Yaralıların təcili tibbi yardım maşını ilə bölgədəki ən yaxın xəstəxanaya aparıldığı bildirilib.

İsrail ordusunun Livan sərhədində yerləşən Tayr Harfa, Ed-Duheyra, Lebbun və Alma əş-Şaab qəsəbələrinə də hava hücumu təşkil etdiyi qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər