Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə çatıb
Nərmin Qocamanlı
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində iki həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 150-yə, itkin düşənlərin sayı isə 112-yə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ştatın Mülki Müdafiəsi məlumat yayıb.
Bildirilib ki, yaralananların sayı 807-yə çatıb, seldən zərər çəkənlərin sayı 2 milyon 120 mini, köçkünlərin sayı isə 620 mini keçib.
Məlumata görə, fəlakət bölgəsindən 80 min insan xilas edilib və axtarış-xilasetmə işləri davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net