Menyu

Livanın bütün ərazisi işıqsız qalıb

Nərmin Qocamanlı
Livanın bütün ərazisi işıqsız qalıb

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin elektrik enerjisi istehsalı, ötürülməsi və paylanmasının 90 faizinə nəzarət edən “Electricite du Liban” enerji şirkəti məlumat yayıb.

Dövlət şirkəti qeyd edib ki, ölkəni enerji ilə təmin edən sonuncu Az-Zəhrani elektrik stansiyasının yanacaq ehtiyatı tükəndiyi üçün tamamilə işini dayandırıb. Bununla da Livanın bütün ərazisi işıqsız qalıb.

Məlumata görə, hazırda ölkənin bütün əsas infrastruktur obyektləri, o cümlədən beynəlxalq aeroportu və dəniz limanı enerjisiz qalıb. Şirkət alınacaq yanacağın miqdarına uyğun olaraq elektrik stansiyalarını yenidən işə salmağa və istehlakçılara elektrik enerjisini bərpa etməyə söz verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər