Burkina-Fasoda terrorçular 200-ə qədər insanı qətlə yetirib
Əsəd Abbaslı
Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə RFI radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda bir neçə hərbçi də itkin düşüb.
Radiostansiya bildirib ki, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net