Ukrayna Xarici İşlər Nazirliyi Polşanın “Ukrayna əraziləri” ilə bağlı dediklərinə aydınlıq gətirib
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Polşanın “Ukrayna əraziləri” ilə bağlı verdiyi açıqlamada qonşu dövlətə qarşı ərazi iddialarını ifadə etməyib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin PAP agentliyinin Ukrayna xidməti tərəfindən Polşada ukraynalı nazirin sözləri ilə bağlı qalmaqal fonunda dərc olunan şərhində deyilir.
Avqustun 28-də Kuleba Polşanın ölkənin şimalında yerləşən Olştin şəhərində keçirilən forumda çıxış edib. O, Volın qırğını ilə bağlı sualı cavablandırarkən xatırladıb ki, Vistula əməliyyatı çərçivəsində “Ukrayna əraziləri”ndən olan ukraynalılar Olştin ərazisinə köçürülüb.
Üstəlik, reallıqda köçürmə indiki Polşanın sərhədləri daxilində yerləşən ərazilərdən həyata keçirilib. Kuleba həmçinin Vistula əməliyyatı zamanı ukraynalıların köçürülməsini Volın qırğını ilə müqayisə edib.
Kulebanın açıqlaması polyakların qəzəbinə və qalmaqala səbəb olub. Onun sözləri Polşanın baş naziri Donald Tusk və baş nazirin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış tərəfindən tənqid edilib.
“Ukrayna əraziləri” ilə bağlı sözlər ukraynalıların tarixən kompakt bir cəmiyyətdə yaşadıqları Polşa əraziləri kimi başa düşülməlidir”, - deyə PAP Ukrayna Xarici İşlər Nazirliyindən sitat gətirilib.