Menyu

HƏMAS İsraili girovlarla hədələyib

Əziz Əzizli
HƏMAS İsraili girovlarla hədələyib

HƏMAS hərəkatı əllərində qalan israilli girovların 36 il əvvəl itkin düşmüş pilot Ron Aradın taleyini təkrarlaya biləcəyi ilə hədələyib.

"Operativ Media" xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub.

“Netanyahu onlarla yeni Ron Aradın meydana çıxmasını istəyir, təşviq edir”, - deyə HƏMAS-ın bəyanatında deyilir.

Qeyd edək ki, sözügedən israilli pilot Ron Arad 1986-cı ildə Səidə şəhəri yaxınlığında döyüş tapşırığı yerinə yetirərkən təyyarəsi qəzaya uğrayıb. O Livandakı Amal hərəkatının tərəfdarları tərəfindən əsir götürülüb. Bundan sonra İsrail dərhal pilotun azad edilməsi üçün danışıqlara başlayıb. Lakin iki il sonra danışıqlar dayandırılıb. 1988-ci ildən pilot itkin düşmüş hesab edilib, onun yeri və taleyi hələ də məlum deyil

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər