Menyu

Sentyabrın 4-5-də Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək

Nərmin Qocamanlı
Sentyabrın 4-5-də Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək

Sentyabrın 4-5-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin antiterror təlimləri keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi (UzA) məlumat yayıb.

Təlimlərin məqsədi mühüm infrastruktur obyektlərində və insanların sıx toplaşdığı yerlərdə terror aktlarının müəyyən edilməsi və qarşısının alınması üzrə birgə tədbirlərin həyata keçirilməsi zamanı səlahiyyətli orqanların fəaliyyətinin təkmilləşdirilməsidir.

Həmçinin, sentyabrın 4-5-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun elmi-praktik konfransı və MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə konfransı keçiriləcək. Agentliyin məlumatına görə, tədbirdə iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının, terrorizm və ekstremizmə qarşı mübarizə problemlərinin öyrənilməsi ilə məşğul olan beynəlxalq, təhsil və elmi-analitik təşkilatların nümayəndə heyətlərinin iştirakı planlaşdırılır. Həmçinin BMT, İnterpol, Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Avrasiya Qrupu, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin nümayəndələrinin iştirakı gözlənilir.

Konfrans iştirakçıları qabaqcıl təcrübə mübadiləsi aparacaq, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını, yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə bağlı ümumi anlaşma və yanaşmaların formalaşdırılmasını müzakirə edəcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər