“Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində noyabrın 1-i saat 20:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.
"Operativ Media" xəbər verir ki, qiyməti 3 (“Şərq-1”, “Şərq-2” və “Qərb-1” sektorları), 10 (“Cənub-üst” sektoru), 15 (“Cənub-alt” sektoru) və 35 (VIP) AZN təşkil edən biletləri keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.
“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb-2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, bundan sonra 1A və 2A sektorları “Forza”, 1B “Şərq-1”, 2B “Şərq-2”, 3A “Cənub-alt”, 3B “Cənub-üst”, 4A “Qərb-1”, 5A isə “Qərb-2” adlandırılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net