Fələstin prezidenti və Ərəb Dövlətləri Liqasının baş katibi Qəzzanı müzakirə ediblər
Əziz Əzizli
Fələstin prezidenti Mahmud Abbas Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu Qayt ilə Fələstin məsələsində baş verənləri və Qəzzada atəşkəs səylərini dəyərləndirib.
"Operativ Media" Fələstinin xəbər agentliyi WAFA-ya istinadən xəbər verir ki, prezident Əbdülfəttah əs-Sisinin dəvəti ilə 12-ci Dünya Şəhər Forumunda iştirak etmək üçün Misirə gedən Mahmud Abbas paytaxt Qahirədə Əbu Qeytlə görüşüb.
Görüşdə Abbas Əbu Qaytə Fələstin məsələsində baş verənlər, Fələstin xalqına qarşı soyqırım və Qəzzada müharibənin sona çatması istiqamətində görülən işlər barədə məlumat verib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma