Moskvada gün ərzində 10-dan çox yanğın və partlayış törədilib
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
“Son 24 saat ərzində ticarət mərkəzlərində və digər ictimai yerlərdə 10-dan çox bankomat yandırılması, fişəng və petardaların partladılması qeydə alınıb. Pozucular saxlanılıb, bütün hallarda insanlar telefon dələduzlarının tapşırıqları ilə hərəkət ediblər”, – agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, saxlanılanlar arasında çoxlu yaşlı insanlar var.
“Hazırda bu faktlarla bağlı araşdırmalar aparılır, nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, – hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net