Menyu

Moskvada gün ərzində 10-dan çox yanğın və partlayış törədilib

Əsəd Abbaslı
Moskvada gün ərzində 10-dan çox yanğın və partlayış törədilib

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.

“Son 24 saat ərzində ticarət mərkəzlərində və digər ictimai yerlərdə 10-dan çox bankomat yandırılması, fişəng və petardaların partladılması qeydə alınıb. Pozucular saxlanılıb, bütün hallarda insanlar telefon dələduzlarının tapşırıqları ilə hərəkət ediblər”, – agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, saxlanılanlar arasında çoxlu yaşlı insanlar var.

“Hazırda bu faktlarla bağlı araşdırmalar aparılır, nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, – hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib.

Teqlər:

"Moskvada g\u00fcn \u0259rzind\u0259 10-dan \u00e7ox yan\u011f\u0131n v\u0259 partlay\u0131\u015f t\u00f6r\u0259dilib"

Əlaqəli Xəbərlər