Menyu

Odessada gəmi partlayıb, ölənlər var

Şəfa Hüseynli
Odessada gəmi partlayıb, ölənlər var

Ukraynanın Odessa vilayətində dibdərinləşdirən gəmi minaya düşüb, üç nəfər həlak olub.

Operativ Media  xəbər verir ki, bu barədə "Ukrayna Dəniz Limanları İdarəsi" məlumat yayıb.

Hadisə iyulun 23-də axşam saatlarında baş verib.

"Gəmi 11 nəfərlik heyətlə "Bıstroe" mənsəbində planlı dibdərinləşdirmə işləri aparmaq üçün orada idi. Partlayış nəticəsində üç nəfər həlak olub. Heyətin digər üzvləri hazırda xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir", - məlumatda bildirilib.

Hadisə yerində müvafiq xidmətlər işləyir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mənsəb vasitəsilə keçid müvəqqəti olaraq bağlanıb, gəmilər Sulin kanalı vasitəsilə yönləndirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər