Menyu

Naxçıvan Ali Məhkəməsinin saytı “gov.az” zonasına köçürüldü

Nərmin Qocamanlı
Naxçıvan Ali Məhkəməsinin saytı “gov.az” zonasına köçürüldü

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin saytı "gov.az” zonasına köçürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

Bildirilir ki, Ali Məhkəməsinin elektron informasiya resursu yeni "http://nsupremecourt.gov.az/" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

Məlumata görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvanda dövlət orqanlarının internet səhifələrinin "gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər