Polşa Rusiyadan neft idxalını tamamilə dayandıracaq
Nərmin Qocamanlı
Polşanın baş naziri Mateusz Morawiecki Polşanın fevral və ya mart aylarında Rusiyadan xam neft idxalını dayandıracağını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Varşava administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar idxalı dayandırmağı prioritet vəzifə hesab edib.
Hökumətin iclasından sonra PAP-a danışan Morawiecki, Rusiyadan neft idxalının 2016-cı ildən bəri azaldığını və ilin əvvəlində 10 faizə endirildiyini bildirib.
Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbiylə “Rusiyanın karbon yanacaqlarına total embarqo qoymasının əsas təşəbbüskarının Polşa olduğunu” ifadə edən Morawiecki, “Rusiyadan neft idxalımız fevral və ya mart aylarında sıfıra enəcək” - deyə qeyd edib.
Teqlər:
"Polşa Rusiyadan neft idxalını tamamilə dayandıracaq"