02 Mart 2023, 12:12
Kim Çen In əkin sahələrinin genişləndirilməsi əmri verib

Şimali Koreya lideri Kim Çen In infrastrukturun təkmilləşdirilməsi və ərzaq istehsalını artırmaq üçün əkin sahələrinin genişləndirilməsi əmri verib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, çərşənbə günü hakim Fəhlə Partiyasının Mərkəzi Komitəsinin yeddinci genişlənmiş plenar iclasını yekunlaşdıran Kim, suvarma sistemlərinin yenidən qurulması, müasir əkinçilik maşınlarının qurulması və daha çox əkin sahələrinin yaradılması barədə göstərişlər verib .