İsveçrə ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb
Operativ Media
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,1 dəfə artaraq 839,4 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan İsveçrəyə ixrac: 384,9 milyon dollar (+2,3 dəfə)
İsveçrədən Azərbaycana idxal: 454,4 milyon dollar (+2 dəfə)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 2 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1 faiz bəndi çoxdur.