Azərbaycandan Niderlanda 182,8 milyon ABŞ dolları xam neft məhsulları ixrac olunub
Operativ Media
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Niderlanda 182,8 milyon ABŞ dolları dəyərində 360,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 71,1 faiz və ya 76 milyon dollar, həcm baxımından isə 2,1 dəfə və ya 191,7 min ton üstələyir.
Cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 10,84 milyard dollar dəyərində 20,75 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Niderland 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,73 faizi bu ölkənin payına düşüb.