Ana səhifə / İqtisadiyyat / “Ümid” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb “Ümid” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb 24.11.2025, 15:12 Operativ Media Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 01.11.2025-ci il tarixinədək təqribən 12,7 mlrd. kubmetr qaz hasil olunub.Bu barədə Operativ Media-ya Energetika Nazirliyindən məlumat verilib.Məlumata görə, hesabat dövründə yataqdan 1,9 mln. ton qaz kondensatı çıxarılıb.Yataqdan sutkada orta hesabla hasilat 7 mln. kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edib.““Ümid” yatağının kəşfindən 15 il ötür. “Ümid” Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır”, - məlumatda qeyd olunub.
21.01.2026, 09:58 “Times Higher Education” fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 4-ə çatıb
21.01.2026, 09:41 XİN: Azərbaycan ABŞ Prezidentinin Sülh Şurasına üzvlüyü ilə bağlı dəvətini qəbul edib