Menyu

Cari ilin 10 ayında baş verən partlayışlar nəticəsində 53 nəfər xəsarət alıb

Ayşən Sadıxzadə
Cari ilin 10 ayında baş verən partlayışlar nəticəsində 53 nəfər xəsarət alıb

Cari ilin noyabr ayının 1-nə olan məlumata əsasən ölkə üzrə ümumilikdə 39 partlayış hadisəsi qeydə alınıb.

FHN-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 31-i yaşayış, 8-i isə qeyri-yaşayış obyektlərində baş verib.

Qeyd olunur ki, baş verən hadisələr zamanı 8 nəfər xilas edilib, 53 nəfər xəsarət alıb. Həmçinin, 2 nəfərin cəsədi aidiyyəti üzrə çıxarılaraq təhvil verilib.

Əlaqəli Xəbərlər