Bu il Şəki hotellərində gecələmə sayı 21 mindən artıq olub.
Operativ Media-nın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bildirib.
Onun sözlərinə görə, ümumilikdə hotellərdə gecələyən xarici turistlərin sayı 17 mindən çoxdur.
“Bu rəqəmlər əslində reallığı tam əks etdirməyə bilər. Çünki bu regiona aid olan bütün rayonlarda icma əsaslı turizm – yəni qonaq evləri fəaliyyət göstərir. İnsanlar öz fərdi evlərini qonaqlara gecələmək üçün təqdim edirlər. Bunları da nəzərə alsaq, deyə bilərik ki, Şəkiyə gələn həm yerli, həm də xarici turistlərin sayı daha yüksəkdir”, – o qeyd edib.