Ruben Rubinyan: TRIPP layihəsinə Rusiya və ya Türkiyənin qatılması müzakirə olunmur
Operativ Media
Ermənistan Parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, Rusiya və Türkiyənin TRIPP layihəsində iştirakı müzakirə olunmur.
“Yəqin ki, bu yaxınlarda TRIPP şirkətinin qurulacağı prinsipləri əks etdirən sənədin dərc olunduğunu görmüsünüz. Xatırladım ki, bu, erməni-amerikan şirkətidir və bu baxımdan başqa bir ölkənin iştirakı planlaşdırılmır."
Operativ Media xəbər verir ki, Rubinyan TRIPP layihəsindən Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Orta Asiya ölkələri, Avropa ölkələrin faydalanacağını qeyd edib.