Menyu

İspaniyada qatar qəzası nəticəsində 21 nəfər ölüb

Operativ Media
İspaniyada qatar qəzası nəticəsində 21 nəfər ölüb

İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bu barədə Operativ Media "RTVE"yə istinadən xəbər verir.

Telekanal təxminən 100 nəfərin yaralandığını, onlardan 25-nin ağır vəziyyətdə olduğunu bildirib.

Bu fonda İspaniyanın nəqliyyat və davamlı mobillik naziri Oskar Puente sosial mediada yazıb ki, hələlik son ölənlərin sayını müəyyən etmək mümkün deyil.

Hadisə ilə əlaqədar olaraq İspaniyanın Baş naziri Pedro Sançes 19 yanvar tarixinə olan bütün planlarını ləğv edib.

Əlaqəli Xəbərlər