Menyu

KİV: Trampın Qrenlandiya planları transatlantik böhrana səbəb olub

Operativ Media
KİV: Trampın Qrenlandiya planları transatlantik böhrana səbəb olub

“The Washington Post” Qrenlandiya ilə bağlı vəziyyəti nəsillər boyu ən böyük transatlantik böhran adlandırır

Operativ Media xəbər verir ki, jurnal ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı Avropa ölkələrinə tariflər tətbiq etməsini Avropa liderlərinin “hər nəyin bahasına olursa olsun qarşısını almağa çalışdıqları” ticarət müharibəsinin başlanğıcı kimi qiymətləndirir.

Trampın əvvəllər elan etdiyi kimi, tariflər fevral ayından etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyaya tətbiq olunacaq və ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılaşma imzalanana qədər qüvvədə qalacaq.

Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin Tramp dəfələrlə adanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirib. Danimarka və Qrenlandiya hakimiyyəti Vaşinqtonu adanı ilhaq etmək üçün addımlar atmamaq barədə xəbərdar edərək, ərazi bütövlüyünə hörmət edilməsini tələb ediblər.

Əlaqəli Xəbərlər