Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Kiprdən olan həmkarı Konstantinos Kombos ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə XİN-nin “X” hesabında paylaşım edilib.
Görüşdə Kiprin 2026-cı ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planlar, eləcə də daha geniş regional vəziyyət müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.