Kanada NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırıb
Operativ Media
Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda Kanadanın Baş naziri Mark Karni müttəfiqlərini NATO mexanizmləri vasitəsilə Arktikanın təhlükəsizliyini təmin etməyə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə baş nazir "X" sosial şəbəkəsində yazıb.
"Arktikanın — NATO-nun şimal və qərb cinahlarının — təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir", - deyə o bildirib.
M.Karni həmçinin bildirib ki, Kanada hökuməti vəziyyətin gərginləşməsindən narahatdır və Arktika bölgəsində hərbi və kritik infrastrukturu gücləndirəcək.