Menyu

Çin və Argentina arasında ilk birbaşa aviareys açılıb

Şəfa Hüseynli
Çin və Argentina arasında ilk birbaşa aviareys açılıb

Çin və Argentina arasında ilk birbaşa hava yolu rəsmi olaraq açılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"China Eastern Airlines"-ın MU745 reysi yeni xidmətin istifadəyə verilməsi münasibətilə Buenos-Ayresdəki Ezeiza Beynəlxalq Hava Limanına gəlib.

Təyyarə Şanxay Pudonq hava limanından havaya qalxıb, Yeni Zelandiyanın Oklend şəhərində iki saatlıq texniki dayanacaq edib və təxminən 25 saat 30 dəqiqə sonra Argentina paytaxtına çatıb.

Uzunluğu 20.000 kilometrdən çox olan marşrut dünyanın ən uzun birbaşa uçuşu olub.

"China Eastern Airlines" həftədə iki uçuş həyata keçirəcək.

Əlaqəli Xəbərlər