Menyu

Yanvar-noyabr aylarında vətəndaşlara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Operativ Media
Yanvar-noyabr aylarında vətəndaşlara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 172 milyon 323,4 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

11 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 9 milyon 819,7 min manat təşkil edib.

Əlaqəli Xəbərlər