Menyu

Bakı-Quba yolunda qəza baş verib, bir nəfər ölüb

Şəfa Hüseynli
Bakı-Quba yolunda qəza baş verib, bir nəfər ölüb

05.12.2025-ci il tarixində saat 10:30 radələrində Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun Quba rayonu ərazindən keçən istiqamətində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

1998-cı il təvəllüdlü şəxsə həyatla uzlaşmayan müştərək travma, baş beyinin qapalı ağır dərəcəli əziyi, aqonal vəziyyət diaqnozu təyin olunub.

Göstərilən bütün zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 10:50 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

Əlaqəli Xəbərlər