AYNA: Yağışlı havalarla əlaqədar daşıyıcılara xəbərdarlıq edilib
Ayşən Sadıxzadə
"Avtobusların fəaliyyəti hərəkət intervalına uyğun olaraq tənzimlənir və ciddi gecikmələr müşahidə edilmir. Lakin günün pik saatlarında, eləcə də yağışlı havalarda marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir".
Qeyd olunub ki, yağışlı havalarla əlaqədar daşıyıcılara xəbərdarlıq edilib, sürücüləri ehtiyatlı sürmələri barədə təlimatlandırmaları, xəttin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.