Ana səhifə / İqtisadiyyat / DGK xətti ilə büdcə daxilolmaları azalıb DGK xətti ilə büdcə daxilolmaları azalıb 08.12.2025, 11:24 Operativ Media Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edib.Operativ Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır.Gömrük daxilolmaları proqnozdan 3,4 % az icra edilib.Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 11 ay ərzində həmin məbləğin 87,15 %-i təmin olunub.