Menyu

Merts: Ermənistan–Azərbaycan sülhü Aİ üçün yeni imkanlar açır

Operativ Media
Merts: Ermənistan–Azərbaycan sülhü Aİ üçün yeni imkanlar açır

Almaniya kansleri Fridrix Merts Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişinin Avropa İttifaqı üçün də yeni əməkdaşlıq imkanları yaratdığını bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Merts bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

O bildirib ki, Almaniya Cənubi Qafqazda baş verən prosesləri və iki ölkə arasındakı sülh dialoqunu diqqətlə izləyir.

Kanslerin sözlərinə görə, paraflanan sənəd təkcə regionda sabitlik üçün deyil, həm də Aİ–Ermənistan və Aİ–Azərbaycan münasibətlərində yeni mərhələnin açılması üçün əhəmiyyətlidir.

Fridrix Merts Ermənistanın Avropa İttifaqı ilə əlaqələri daha da gücləndirmək niyyətini alman tərəfinin müsbət qarşıladığını da vurğulayıb.

O qeyd edib ki, Aİ-yə üzvlüklə bağlı qərar hər bir ölkənin öz seçimidir və bunun üçün müəyyən siyasi və institusional tələblər mövcuddur.

“Biz Ermənistanla münasibətləri mərhələli şəkildə intensivləşdirmək niyyətindəyik. Birgə qəbul etdiyimiz bəyannamədə də bu istiqamət açıq şəkildə əksini tapıb. Bu, Ermənistan üçün tarixi fürsətdir,” – deyə kansler bildirib.

Fotogalereya

Əlaqəli Xəbərlər