Suriya ordusu Fərat çayının qərb sahilini qapalı hərbi zona elan edib
Şəfa Hüseynli
Suriya Müvəqqəti Hökumətinin Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Fərat çayının qərb sahilində qapalı hərbi zonanın yaradıldığını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Əl-İxbariyyə" televiziyasının yayımladığı kommünikedə bildirilib.
"Ordu nəzarətini genişləndirmək üçün əməliyyatları davam etdirir və Fəratın qərb sahilindəki ərazini qapalı hərbi zona elan edir. Biz bu bölgədəki mülki əhalini kürd qüvvələrinin mövqelərindən uzaq durmağa çağırırıq". - mətndə deyilir.