Tramp Ərdoğanı Qəzza Sülh Komitəsinin təsisçi üzvü olmağa dəvət edib
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Komitəsinin təsisçi üzvü olmağa dəvət edib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.
Qəzzada təhlükəsizliyin təmin edilməsi və yenidənqurma işlərindən məsul olacaq Sülh Şurası və qurumlar yaradılır.
"16 yanvar 2026-cı ildə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının təsisçi sədri kimi Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasının təsisçi üzvü olmağa dəvət edən məktub göndərdi". - Burhanəddin Duran qeyd edib.