Toni Bler Qəzza sülh planının icra orqanına təyin edilib
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurasının məqsədlərinə çatmaqdan məsul olacaq "icra komitəsi"nə keçmiş Britaniya Baş naziri Toni Bleri daxil edib.
Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Komitəyə həmçinin, ABŞ dövlət katibi Marko Rubio, Dünya Bankının prezidenti Ajay Banqa, Trampın müşaviri Robert Gabriel, onun kürəkəni Cared Kuşner və ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff daxildir.
Komitəyə İsrail ilə HƏMAS arasında müharibə zamanı dağıdılmış ərazinin yenidən qurulması və idarə olunmasını əlaqələndirmək tapşırılıb.