Menyu

Bir qrup ABŞ siyasətçisi Danimarkaya səfərlərindən sonra Rubio ilə əlaqə saxlayacaq

Şəfa Hüseynli
Bir qrup ABŞ siyasətçisi Danimarkaya səfərlərindən sonra Rubio ilə əlaqə saxlayacaq

Kopenhagenə səfərlərindən sonra Amerika siyasətçilərindən ibarət nümayəndə heyəti Qrenlandiya məsələsini müzakirə etmək üçün ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxlayacaq.

Operativ Media xəbər verir ki, bu barədə Demokrat senator Kris Kuns bunu Danimarka paytaxtında keçirilən mətbuat konfransında açıqlayıb.

Bildirilib ki, Kopenhagendə olan nümayəndə heyəti həm Demokrat, həm də Respublikaçı partiyalardan olan 11 Konqres üzvündən ibarətdir. 

"Biz Danimarka və Qrenlandiya haqqında çox şey öyrəndik və irəliyə doğru yol tapmaq üçün yenilənmiş bir istəklə geri qayıdırıq." - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər