Tramp ay sonuna kimi Ukrayna üzrə sülh sazişi əldə etməyi ümid edir
Operativ Media
Tramp Miladadək Ukrayna üzrə sülh sazişi əldə etməyi ümid edir.
Operativ Media xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Trampın nümayəndələri Ukrayna Prezidenti Vladimir Zelenskiyə Vaşinqtonun təklif etdiyi sülh planına cavab vermək üçün “bir neçə gün” vaxt veriblər.
Qəzet məlumat verir ki, bu barədə anonim rəsmilər danışıb və rəsmi açıqlama verilməyib.
Tramp tərəfi isə danışıqların sürətləndirilməsini istəyir.