Menyu

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini endirib

Operativ Media
ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini endirib

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini illik 3,5 - 3,75% aralığına endirib.

Operativ Media xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.

Bundan başqa, 2025-ci ildə ölkədə ÜDM-in artımı proqnozu da 1,6%-dən 1,7%-ə qədər artırılıb.

Eyni zamanda inflyasiya proqnozu 3%-dən 2,9%-ə endirilib. Federal Ehtiyat Sistemi işsizlik proqnozunu 4,5% səviyyəsində saxlayıb.

Əlaqəli Xəbərlər