Bakıda keçiriləcək WUF13 üçün media akkreditasiyasına start verilib
Operativ Media
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandırmaq məqsədilə yerli və xarici media nümayəndələrinin akkreditasiyasına start verilib.
Operativ Media xəbər verir ki, media akkreditasiyası BMT-yə üzv ölkələrdə qanuni qeydiyyatdan keçmiş və etibarlı media qurumlarını təmsil edən peşəkar jurnalistlər üçün nəzərdə tutulur və yalnız UN-Habitat-ın rəsmi onlayn sistemi - events.unhabitat.org - vasitəsilə həyata keçirilir. Elektron və ya adi poçtla göndərilən müraciətlər qəbul edilmir.
Tədbir zamanı media nümayəndələri üçün əsas sessiyalara, yerli hökumət və BMT rəsmiləri ilə mətbuat brifinqlərinə giriş, eləcə də yüksək səviyyəli ekspertlər və rəsmi şəxslərlə müsahibələrin, canlı yayımlar və reportajlar üçün xüsusi media zonalarının təşkili kimi imkanlar yaradılacaq.