Menyu

Binəqədidə maşın qaçıran şəxs saxlanılıb

Operativ Media
Binəqədidə maşın qaçıran şəxs saxlanılıb

Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək “VAZ-2107” markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb.

Araşdırma davam etdirilir.

Əlaqəli Xəbərlər