“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu – FOTOLAR
“OBA” marketlər şəbəkəsində tətbiq olunan SAP SuccessFactors layihəsi 24 ölkə arasından seçilərək “Biznes Transformasiyası” nominasiyasında beynəlxalq mükafatla təltif olunub.
Operativ Media xəbər verir ki, mükafat çərçivəsində şirkətlərdə insan resursları funksiyalarının rəqəmsallaşdırılması, proseslərin optimallaşdırılması və əməkdaş təcrübəsinin yaxşılaşdırılması üzrə həyata keçirilən təşəbbüslər qiymətləndirilib.
OBA-da SAP SuccessFactors layihəsi işə qəbul, performans, təlim və inkişaf kimi əsas HR proseslərini vahid platforma üzərindən idarə etməklə əməliyyat səmərəliliyini artırmağı məqsəd qoyub.
Qiymətləndirmə zamanı layihə üzrə aşağıdakı istiqamətlər ön plana çıxıb:
• proseslərin rəqəmsallaşdırılması
• əməliyyatların optimallaşdırılması
• təşkilati çevikliyin artırılması
• əməkdaş məhsuldarlığı və məmnuniyyətinin yüksəldilməsi
Məsələ ilə bağlı verilən açıqlamada rəqəmsallaşmada insan amilinin əhəmiyyətinə diqqət çəkilib: “Strategiya və texnologiya nə qədər inkişaf etmiş olsa da, onları həyata keçirmək və davamlı optimallaşdırmaq üçün insanlara ehtiyac var. Bu mükafat OBA komandasının birgə səylərinin nəticəsidir”.
2016-cı ildən fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi hazırda ölkənin dörd bir yanında 10 000-dən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməyə davam edir.